HAQQIMIZDA KÜLƏYİN ŞƏRABA QOVUŞDUĞU MƏKAN

PORT Wine & Grill – Bakının ürəyində, Dövlət Bayraq Meydanı yaxınlığında, Xəzərin sahilində yerləşən restoran, bar və lounge-dır. Artıq təbii sakitlikdən zövq almaq, əsrarəngiz yeməklər dadmaq və keyfiyyətli musiqi dinləmək üçün şəhər mərkəzini tərk etmək vacib deyil.

Biz dəyərli qonaqlarımıza inanılmaz dadlı təamlar, xüsusi biznes-lanç, müəllif kokteylləri və ətirli qəlyanlar təklif edirik. Geniş portveyn və şərab seçiminə malik Şərab Kartımız isə ən incə zövqləri belə oxşamağa qadirdir.

Qızmar yay həftəsonlarında PORT Wine & Grill-də yerli musiqiçi və DJ-lərin və bəzən xarici artistlərin iştirakı ilə unudulmaz axşamlar keçir.

Biz hər kəsin restorandan zövq alacağına zəmanət veririk. Nahar və şam yeməkləri üçün geniş restoran zonası, yumşaq divanlı qonaq zonası, geniş bar və rəqs zonası ilə biz istənilən qonağa layiqli şəkildə xidmət göstərməyə hazırıq. Yay terrasımızdan isə Xəzər dənizinə təkrarolunmaz mənzərə açılır – yay axşamları üçün ideal yer deyilmi? Soyuq vaxtlarda isə PORT Wine & Grill öz isti atmosferi ilə qəlbləri oxşayaraq həftəsonlarının əyləncəli keçməsini təmin edəcək.

HAQQIMIZDA KÜLƏYİN ŞƏRABA QOVUŞDUĞU MƏKAN

Haqqında

Siqar menyusundan
zövq alın

SEHRLİ
MƏKAN